SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.