CƏMİYYƏT


Sürüşmə sahəsinin sol hissəsindəki çatlarda artım qeydə alınıb

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin apardığı monitorinqin saat 12:00-a olan nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, nəticələrə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.