SİYASƏT


Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfdən isə Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər. Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı prioritetlərinin dövlət başçıları tərəfindən müəyyən edildiyini bildiriblər.