Vaşinqtonda Azərbaycannın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunub
19.10.2018 [11:16]
Xəbərin mətni
Oktyabrın 18-də Vaşinqtonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə soydaşlarımızla ilə yanaşı, Vaşinqtonda yerləşən akademik qurumların və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.