DÜNYA


Hindistanda qatar izdihama çırpılıb, azı 30 nəfər ölüb

Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Amritsar şəhəri yaxınlığında qatarın dini bayramda iştirak edən insanlara çırpılması nəticəsində azı 30 nəfər həlak olub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müxtəlif məlumatlara görə, həlak olanlar 50 nəfərdən çoxdur və onların sayının 100-ü keçməsi istisna olunmur.