Seyid Ziya Haşemi: İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir
24.10.2018 [18:21]
Xəbərin mətni
AZƏRTAC və İRNA arasında əlaqələr həmişə yüksək səviyyədə olub. Bu əlaqələr Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verir.
Bu fikirlər İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşeminin rəhbərliyi ilə VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin AZƏRTAC-da keçirilən görüşündə səslənib.