SİYASƏT


Kabertat Partizan Hərəkatı sıralarında döyüşmüş azərbaycanlı əsgərlərin xatirəsi anılıb

Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsi anılıb. AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyimizin 1-ci katibi Tural Rəsulov, Montoban və Vassiyak şəhərlərinin merləri və meriyalarının nümayəndələri, Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının üzvləri iştirak ediblər.