Azərbaycan Dövlət İnformasiya Agentliyi

Krasnodar vilayətində leysan yağışlar iki nəfərin ölümünə səbəb olub

25.10.2018 [15:46]

Rusiyanın Krasnodar vilayətində güclü yağışlar nəticəsində 18 yaşayış məntəqəsini su basıb, 10 minə yaxın evə elektrik enerjisinin verilməsi dayandırılıb. Leysan yağışların törətdiyi fəsadlar üzündən 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.