RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin VI Bakı Beynəlxalq Humanitar Forumuna göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirdi və orada qeyd olunan fikirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Rusiyanın bu tədbirdə belə geniş tərkibdə təmsil olunmasından məmnunluğunu ifadə etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır