RƏSMİ


Prezident İlham Əliyev Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, onun bu tədbirdə iştirakı Uruqvayın həm Foruma verdiyi dəstəyin əlamətidir, həm də ikitərəfli münasibətlərimizin inkişafına olan marağının göstəricisidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır