RƏSMİ


Prezident İlham Əliyev Sloveniya Milli Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.