AZƏRTAC-da görüş: Çinli alim terrorizmin fəsadlarına dair kitabına Azərbaycan həqiqətlərini də daxil edəcək
25.10.2018 [21:15]
Xəbərin mətni
AZƏRTAC ilə Sinxua arasında sıx əməkdaşlıq Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verir.
Bu fikri ölkəmizdə səfərdə olan Çinin Sincan-Uyğur Muxtar Vilayətinin mütəxəssis-ekspertlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Sosial Elmlər Akademiyasının Çin Sərhəd Tədqiqatları bölməsinin baş direktoru Si Guançenq oktyabrın 25-də AZƏRTAC-da keçirilən görüşdə deyib.