Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Kubanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb

26.10.2018 [12:08]

Xəbərin mətni
Rusiyanın Kuban regionunda leysan yağışları səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi, həmçinin təbii fəlakət nəticəsində 3 nəfərin xəsarət aldığını, 1 nəfərin isə itkin düşdüyünü bildirib. Daşqınlardan zərər çəkən rayonlarda yaşayan 270 nəfər, o cümlədən 48 uşaq müvəqqəti sığınacaqlara yerləşdirilib.