SİYASƏT


Humanitar Forumun üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya işə başlayıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib. Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilir.