Aslan Aslanov: Ənənəvi media yanlış məlumatlandırma siyasətinə qarşı mübarizəni gücləndirməlidir
26.10.2018 [15:04]
Xəbərin mətni
Bakı Beynəlxalq Humanitar Forumu aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal platformadır. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü olan bu Forum dünyanın görkəmli alimlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, ekspertlərin, iqtisadçıların, jurnalistlərin bir araya gəlib dünyanı narahat edən müxtəlif mövzuları geniş müzakirə etməsi ideyasından qaynaqlanıb və ötən müddətdə özünü tam doğruldub.