SİYASƏT


İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının büro üzvü olan AZƏRTAC ərəb mediası ilə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan ilə ərəb dövlətləri arasında çox yaxşı, ənənəvi dostluq əlaqələri var. İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının büro üzvü olan AZƏRTAC ölkələrimiz və xalqlarımızın bu səmimi münasibətləri fonunda ərəb mediası ilə əməkdaşlığı daha da genişləndirmək istəyir. Bu fikir ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə oktyabrın 27-də AZƏRTAC-da keçirilən görüşdə səslənib.