Gürcüstanda prezident seçkiləri keçirilir
28.10.2018 [17:05]
Bu gün Gürcüstanda dövlət başçısı sonuncu dəfə birbaşa xalq tərəfindən seçilir.
Gürcü xalqı beşinci prezidentini 6 illiyə seçəcək.
Seçkilərdə qələbə qazanacaq prezidentin andiçmə mərasimindən sonra yeni Konstitusiya da qüvvəyə minəcək.