SİYASƏT


İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olub

İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında üçtərəfli görüş keçirilib. AZƏRTAC xəbər verir ki, nazirlərin sayca VII görüşü İstanbulun tarixi Dolmabaxça sarayında təşkil edilib. Nazirlər görüşün yekunları ilə bağlı mətbuat keçiriblər.