RƏSMİ


Prezident İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd etdi ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır