RƏSMİ


Prezident İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğuladı.