SİYASƏT


Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin İstanbulda üçtərəfli görüşü olub

Oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif İstanbulun tarixi Dolmabaxça sarayında bir araya gəliblər. Görüşdə İstanbul Bəyannaməsi imzalanıb. Sonra nazirlər görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriblər.