Dünyanın ən hündür heykəli açıldı - Hindistanda
31.10.2018 [11:41]
Xəbərin mətni
Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin abidəsinin açılışı olub. Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq "Birlik abidəsi" adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür.