Azərbaycan Dövlət İnformasiya Agentliyi

Podiuma çıxan modellərə qoşularaq dəb dünyasına imzasını atan pişik

31.10.2018 [12:35]

İstanbuldakı “Emaar Square Mall”da keçirilən “Fashion Show Esmod International Show”un sürpriz qonağı hamının diqqətini çəkib. Vakko Esmod Beynəlxalq Moda Akademiyasının təşkil etdiyi dəfilədə podiuma çıxan modelləri bir pişik müşayiət edib. Onun podiumdakı görüntülərini internetdə bir gün ərzində 3 milyondan çox insan izləyib.