Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində sürücü və sərnişin arasındakı dava 15 nəfərin həyatına son qoydu

02.11.2018 [13:06]

Çinin cəbub-qərbindəki Çonqinq şəhərində avtobus Yanszı çayına düşüb. Hadisəyə səbəb avtobusdakı sərnişin ilə sürücü arasındakı dava olub. Qəza anında avtobus əks yolda olan avtomobillə toqquşduqdan sonra körpüdən çaya düşüb. Avtobusda olan 15 nəfərin hamısının öldüyü bildirilir.