MƏDƏNİYYƏT


Göyçayda XIII Nar festivalı keçirilir

Göyçay kəndləri nar və nar məhsullarını, o cümlədən nardan hazırlanan dekorativ fiqurları qonaqlara və yerli sakinlərə nümayiş etdirirlər. Bayram əhval ruhiyyəli festival iştirakçıları günboyu eləcə də sabah nar məhsullarının sərgi-yarmarkasına baxa bilərlər. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxa bilirlər.