DÜNYA


İtaliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

İtaliyanın Palermo şəhərində güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində üçü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib. Xarici KIV-lərin yaydığı məlumata görə, ölən 10 nəfərdən 9-u bir ailədəndir. İtkin düşmüş daha 2 nəfərin axtarışları isə davam edir.