DÜNYA


Noyabrın 4-ü İranda dünya imperializmi ilə mübarizə günü kimi qeyd olunur

Noyabrın 4-ü (İran təqvimi ilə 13 aban) İran İslam Respublikasında “Dünya imperializmi ilə milli mübarizə günü” kimi qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Tehran və digər iri şəhərlərdə tələbə və gənclər kütləvi aksiyalar keçirirlər. Aksiyalarda ABŞ əleyhinə şüarlar səsləndirilir və dünya ictimaiyyətindən baş verən ədalətsizliyə qarşı çıxmaq tələb olunur.