RƏSMİ


“Azərxalça”nın Ağdam filialı Qarabağ xalçaçılıq məktəbinin inkişafına mühüm töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.