DÜNYA


İlon Maskın sürət tuneli

İlon Mask Los-Anceles şəhəri altında inşa etdirdiyi sürət tunelinin görüntülərini yayıb. Tunel yerüstü nəqliyyat və metroya alternativ kimi nəzərdə tutulub. Plana görə, avtomobillər yerin altında xüsusi platformada hərəkət edəcəklər və burada pilotsuz elektrobaslar da istifadə olunacaq. Dekabrın 10-da açılması gözlənilən tuneldə hərəkət sürət saatda 250 km-ə çatacaq.