SİYASƏT


Füzulidə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan iştirak edib

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyəti ilə birgə Horadiz şəhərində Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.