RƏSMİ


Prezident İlham Əliyev “Bravo” marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verildi. “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.