Kaliforniyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub
10.11.2018 [15:47]
ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarının sürətlə yayılması səbəbindən Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib. Son məlumata görə, “Campfire” adını almış yanğın nəticəsində 9 nəfər həlak olub. Təbii fəlakətdən daha çox zərər çəkən Paradays şəhərinin bütün əhalisi təxliyə edilib.