DÜNYA


Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb. Məlumata görə, yanğınlar zamanı 23 nəfər həlak olub. Daha əvvəl təbii hadisə zamanı 11 nəfərin həlak olduğu bildirilirdi. Kaliforniyada tüğyan edən güclü meşə yanğınları 4 min hektara yaxın ərazini bürüyüb. Ştatda fövqəladə vəziyyət elan edilib. Meşə yanğınları 1000-ə yaxın evi məhv edib.