Braziliyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb
11.11.2018 [13:03]
Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib.
Xarici KİV-lərin məlumatına görə, torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub, 11 nəfər isə xilas edilib. Daha 2 nəfərin isə itkin düşdüyü bildirilir. Ərazidə 200 mütəxəssis işləyir. Axtarış-xilasetmə əməliyyatı azı 48 saat davam edəcək.