Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Rusiyada bəbir uşağa hücum etdi

13.11.2018 [10:24]

Moskvadakı "Rəngli Bulvar" sirkində bəbir 4 yaşlı uşağa hücum edib. Xarici KİV-lərin verdiyi xəbərə görə, hadisə heyvan təlimçisi bəbiri dəhlizə çıxararkən baş verib. Valideyn və müəllimlərin müşaiyyəti ilə ekskursiyaya çıxan usaqlar ekskursavodu foyedə gözləyirmişlər. Xoşbəxtlikdən heyvan 4 yaşlı qızın yalnız paltarını cırıb, boğazına cırmaq atıb. Uşaq ciddi xəsarət almayıb.