CƏMİYYƏT


Bakı Metropoliteni: Qatarları yerli mütəxəssislər təmir edir REPORTAJ

"Bakı Metropoliteni" QSC-nin Vaqonların Əsaslı Təmir Xidməti ötən ildən etibarən tam gücü ilə fəaliyyətə başlayıb. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bunun yerinə yetirilməsi üçün təmir xidməti hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.Artıq 2 qatar əsaslı təmir olunaraq xəttə buraxılıb. Hazırda 3-cü qatarın təmir işləri aparılır.