SİYASƏT


MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını iclas iştirakçılarına çatdırıb, tədbirin işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.