Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində vəfalı it üç aydır ki, sahibinin həlak olduğu yerdə onun yolunu gözləyir

14.11.2018 [18:09]

Xəbərin mətni
Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar rayonunun Huh-Hoto şəhərində it artıq üçüncü aydır ki, sahibinin həlak olduğu yerdə dayanıb onun yolunu gözləyir. AZƏRTAC xəbər verir ki, China News agentliyinin yaydığı məlumata görə, avqustun 21-də Huh-Hoto şəhərinin avtomobil yollarının birində yol-nəqliyyat hadisəsi baş verib, avtomobil qadını vuraraq öldürüb. Qadının iti həmin gündən etibarən onun həlak olduğu yerə gəlməyə başlayıb.