RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi.