SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib. AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib. Dövlət Komitəsi tərəfindən son aylar görülən işlər, Koordinasiya şuralarının formalaşması, yəhudi diasporu və digər təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır