Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan yenidən Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib

19.11.2018 [18:29]

Xəbərin mətni
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) XX Səlahiyyətli Konfransı başa çatıb. Azərbaycan bu konfransda yenidən BTİ-nin Şurasına üzv seçilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BTİ-nin Səlahiyyətli Konfransı “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.