Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
19.11.2018 [18:41]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.