Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
21.11.2018 [20:21]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.
Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoydu.