Türkiyədə ağır qəza: 7 ölü, 15 yaralı
22.11.2018 [14:43]
Türkiyənin Malatya əyalətinin Darende rayonunda cənazə aparan avtobus aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.