DÜNYA


Polis Parisin mərkəzində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa paytaxtının mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib. AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, “Sarı jiletlər” adlı hərəkat Paris şəhərində kütləvi etiraz aksiyaları keçirir. Yanacağın qiymətinin bahalaşmasına qarşı çıxan etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb ediblər.