DÜNYA


Təcili Tibbi Yardımın qapısında sahibini 8 saat gözlədi

Rumıniyada bir avtomobil qəzasında yaralanan sahibini xəstəxanaya gətirərkən onunla gələn köpəyi sanitar qaydalarını nəzərə alaraq içəri buraxmayıblar. 8 saatı xəstəxana qapısında keçən Popi adlı vəfalı it ona verilən yeməklərdən də imtina edərək sahibininin çıxacağı anı gözləyib. Popinin bu sədaqətinə ürəkləri dözməyən həkimlər əməliyyat sonrası xəstəni xərəkdə qapıyacan gətirib sevimli dostu ilə görüşməsinə icazə veriblər.