İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir
26.11.2018 [18:22]
Xəbərin mətni
Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.