SİYASƏT


Azərbaycandakı diplomatik korpusun nümayəndələri Astaraya səfər ediblər

Noyabrın 27-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları Astara rayonuna səfər ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.