Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarusun dövlət televiziyası: Elə bir sahə yoxdur ki, Belarusla Azərbaycan arasında əlaqə qurulmasın

28.11.2018 [16:19]

Xəbərin mətni
Belarusun dövlət televiziya kanalı Azərbaycanla münasibətlərə dair reportaj yayımlayıb. AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan-Belarus əlaqələrinin inkişafı barədə danışılır. Bildirilir ki, Bakı ilə Minsk yalnız dost deyillər, həm də bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətləri mövcuddur. Azərbaycan və Belarus etibarlı tərəfdaşlar, bir-birinə diplomatik qarantlardır.