DÜNYA


Təhlükəsizlik kəmərini bağlamağı unudan turistin havada dəhşətli anları

İsveçrədə ilk dəfə yelkənli kanatla uçan amerikalı turist Chris Gursky, pilotun səhvi ucbatından ölümdən döndü. Pilotun təhlükəsizlik kəmərini bağlamağı unutduğu Gursky 1,2 km yüksəklikdən yerə düşməmək üçün qorxulu anlar yaşadı. Müşahidə kamerasının yaddaşına anbaan qeyd edilən videoda vəziyyəti dərhal hiss edən pilotun tez yerə enməyə çalışdığı görünür. Xoşbəxtlikdən Chris Gursky hadisədən yüngül xəsarət alaraq xilas olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır